Bank Of Baku

Azərbaycan yığması reytinq siyahısında irəliləyib

Azərbaycan yığması reytinq siyahısında irəliləyib
# 13 mart 2014 11:11 (UTC +04:00)

Bakı – APA. FİFA milli komandaların reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması siyahıda 2 pillə irəliləyib.


Belə ki, martın 5-də keçirilən yoxlama oyunları reytinq siyahısında müəyyən dəyişikliklərə səbəb olub. Dubay şəhərində keçirilən yoldaşlıq görüşündə Filippini 1:0 hesabı ilə məğlub edən komandamız siyahıda 91-ci yerdədir.

Fevralda 372 xalla 93-cü olan Berti Foqtsun yetirmələri 3 xal geri düşsə də, 2 pilləlik inkişaf əldə edib. Yığmamızın 369 xalla 91-ci olmasına isə cədvəldəki qonşularımızın zəifləməsi səbəb olub.

 

Ötən ay 91-ci olan Estoniya 1 pillə geriləməklə 92-ci, Çin 88-ci yerdən 98-ə enib. Məhz bu 2 komandanı keçməsi sayəsində yığmamız irəliləyib.

Siyahının ilk 3 pilləsində dəyişiklik olmayıb. İspaniya (1510) yenə 1-ci, Almaniya (1336) və Argentina (1234) ilk “üçlük”də yerini qoruyub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR