Bank Of Baku

Azərbaycan yığmasının 2 futbolçusu cəza üzündən növbəti rəsmi oyunu buraxacaqlar

Azərbaycan yığmasının 2 futbolçusu cəza üzündən növbəti rəsmi oyunu buraxacaqlar
# 08 iyun 2013 14:57 (UTC +04:00)

Bakı – APA. Azərbaycan millisi 2014-cü il dünya çempionatının seçmə mərhələsində Lüksemburqla ev oyundan sonra 2 futbolçusunu itirib. Apasport.az saytının məlumatına görə, millimizin hücumçuları – Vaqif Cavadovla Branimir Subaşiç cəzalı duruma düşüblər.

Buna səbəb Vaqifin cari seçmə mərhələdə 2-ci sarı, Branimirin isə Lüksemburqla matçda birbaşa qırmızı vərəqə almağıdır. Nəticədə onlar yığmamızın növbəti rəsmi oyununu keçirəcəyi İsraillə sentyabrın 6-da keçiriləcək səfər matçını buraxmalı olacaq.

Qeyd edək ki, Lüksemburqla 1:1 hesabı ilə nəticələnən matçı cəza üzündən buraxan hücumçular – Rauf Əliyevlə Vüqar Nadirovda artıq belə problem qalmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR