Bank Of Baku

Azərbaycanın FİFA hakimlərinin yeni siyahısı müəyyənləşib

Azərbaycanın FİFA hakimlərinin yeni siyahısı müəyyənləşib
# 15 dekabr 2014 09:13 (UTC +04:00)

Bakı – APA. 2015-ci il üçün Azərbaycanın FİFA hakimlərinin siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ölkəmizi beynəlxalq oyunlarda təmsil edəcək ədalət təmsilçilərinin adları artıq FİFA tərəfindən də təsdiqlənib.

 

Ötən illə müqayisədə siyahıda dəyişikliklər olub. Əsas dəyişiklik sayla bağlıdı. Belə ki, FİFA dərəcəli hakimlərimizin sayı 19-dan 22-yə yüksəlib.

 

Bundan başqa, 3 FİFA referisi siyahısından çıxarılan Anar Salmanov Orxan Məmmədovla əvəzlənib. Qadınlarda isə Fəridə Lütfəliyeva Yuliya Qurbanova əvəzləyib.

 

3 nəfərlik artım isə qadınların sayəsində mümkün olub. Sədaqət Vəliyeva çimərlik futbolu üzrə ilk qadın referimiz olub. Aybəniz Əsgərzadə və Lamiyə Sadıqova futbol referi köməkçilərinin sayını 4-ə çatdırıb.

 

Referi: Əliyar Ağayev, Rəhim Həsənov, Orxan Məmmədov

 

Referi köməkçisi: Yaşar Abbasov, Zeynal Zeynalov, Namiq Hüseynov, Mübariz Haşimov, Vaqif Musayev, Rza Məmmədov

 

Futzal üzrə FIFA referisi: Elçin Səmədli, Yusif Nurullayev, Ramil Namazov, Xəlil Hüseynli

 

Çimərlik futbolu üzrə FIFA referiləri: Əfqan Həmzəyev, İnqilab Məmmədov, Sədaqət Vəliyeva

 

Qadın FIFA referiləri: Səbayel Qurbanova, Yuliya Qurbanova  

 

Qadın FIFA referi köməkçiləri: Gülyana Güvəndiyeva, Xəyalə Əzizzadə, Aybəniz Əsgərzadə, Lamiyyə Sadıqova.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR