Bank Of Baku

Azərbaycanın futzal üzrə millisi Avropa çempionatının əsas seçmə mərhələsində növbəti qələbəsini qazanıb

Azərbaycanın futzal üzrə millisi Avropa çempionatının əsas seçmə mərhələsində növbəti qələbəsini qazanıb
# 31 mart 2013 03:31 (UTC +04:00)

Bakı-APA. Martın 30-da futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində qrup oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, 2-ci qrupda mübarizə aparan Azərbaycan millisi növbəti matçına çıxıb.

 

İlk turda Norveçi 6:0, Bosniya və Herseqovinanı 3:2 hesabı ilə məğlub edən komandamız bu dəfə meydan sahibləri Slovakiya yığması ilə üz-üzə gəlib.

 

Qarşılaşma millimiz üçün heç də yaxşı başlamayıb. Belə ki, 12-ci dəqiqədə hesabı açan slovakiyalılar fasiləyə üstün yollanıb. İkinci hissə də isə baş məşqçi Joze Alesionun yetirmələri əzmkarlıq nümayiş etdirərək matçın sonlarında - 1 dəqiqədə 2 qol vuraraq görüşdən qalib ayrılıb.

 

Bu qələbədən sonra Azərbaycan yığması 3 oyundan 3 xal toplayıb və qrup lideri olaraq növbəti mərhələyə keçib.

 

Qeyd edək ki, Slovakiya qrupda ilk oyununu Bosniya və Herseqovina yığmasına qarşı keçirib. Görüş 4:4 hesablı sülhlə başa çatıb. 2-ci matçında isə Norveç üzərində qələbə qazanıb - 4:3.

 

AZƏRBAYCAN – Slovakiya - 2:1

QOL: Jade, 39, Məmmədkərimov, 39, Bahna, 12

Bratislava. "Hant" arenası

 

Azərbaycan 3         3        0        0        11-3   9

Bosniya və Herseqovina 3     1        1        1        10-7   4

Slovakiya 3   1        1        1        9-9     4

Norveç 3      0        0        3        3-14   0

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR