Bank Of Baku

Azərbaycanlı hakim Almaniya yığmasının oyununu idarə edəcək

Azərbaycanlı hakim Almaniya yığmasının oyununu idarə edəcək
# 18 yanvar 2013 13:25 (UTC +04:00)

Bakı – APA. FİFA referisi Rəhim Həsənov və Əliyar Ağayev 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raunduna təyinat alıb. Apasport.az saytının məlumatına görə, Həsənov Macarıstanda təşkil olunacaq 3-cü, Ağayev isə Almaniyada keçiriləcək 4-cü qrupun oyunlarında meydana çıxacaqlar. 

Bu, 2013-cü ildən FİFA referisi adını daşıyan hər 2 ədalət təmsilçimizin beynəlxalq arenada debütü olacaq.

Bundan əlavə, Həsənova elit-raund oyunlarında FIFA referi köməkçisi Yaşar Abbasov, Ağayevə isə Mehman Mahmudov kömək edəcəklər. Hər iki qrupun oyunları martın 25-dən aprelin 1-dək olan müddətdə keçiriləcək.

Qeyd edək ki, 3-cü qrupda Macarıstan, İsveç, Finlandiya və Belarus, 4-cü qrupda isə Almaniya, Ukrayna, Bolqarıstan və Estoniya yığmaları mübarizə aparacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR