Bakı – APA. Azərbaycanlı FİFA referisi Əliyar Ağayevin Avropa Liqasının qrup mərhələsində hansı oyunu idarə edəcəyi məlum olub. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun apasport.az saytına verdiyi məlumata görə, 28 yaşlı hakim Rumıniyaya yollanacaq.
Belə ki, Ağayev və onun briqadası Avroliqanın qrup mərhələsi çərçivəsində keçiriləcək “Rapid” (Buxarest) – “Dinamo” (Minsk) görüşünə təyinat alıb.
Əliyar Ağayevin baş hakimi olacağı qarşılaşmada Zeynal Zeynalov və Rza Məmmədov hakim köməkçiləri, Mübariz Haşımov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Matçın əlavə köməkçi hakimləri isə Rəhim Həsənovla Orxan Məmmədov olacaq.
Oyunun inspektoru funksiyasını Ukrayna Hakimlər Komitəsinin sədri, Pyerluici Kollinanın köməkçisi Lusiano Luçi icra edəcək.
Qeyd edək ki, “Rapid” – “Dinamo” qarşılaşması dekabrın 10-da keçiriləcək.