Bank Of Baku

Azərbaycanlı hakimlərin Türkiyədə idarə edəcəkləri oyunlar açıqlanıb

Azərbaycanlı hakimlərin Türkiyədə idarə edəcəkləri oyunlar açıqlanıb
# 15 yanvar 2015 10:50 (UTC +04:00)

Bakı – APA. Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan azərbaycanlı hakimlər bu gün daha 5 oyun idarə edəcəklər. Apasport.az saytının məlumatına görə, bu qarşılaşmalardan ikisi Azərbaycan komandasının oyunu olacaq.

 

Antalyada hazırlıq keçən U-17 yığmamız bu gün iki yoxlama görüşündə qüvvəsini sınayacaq. Maraqlıdı ki, hər iki görüş azərbaycanlı referilərə tapşırılıb.

"Tirespor" (Türkiyə) - "Kahramanmaraşspor" (Türkiyə)
Hakimlər: Qorxmaz Eldarov, Rza Məmmədov, Coşqun Həsənov

"Eyubspor" (Türkiyə) - "Beylerbeyi" (Türkiyə)
Hakimlər: Etibar Həsənov, Namiq Hüseynov, Vüsal Qənbərov

"Darıca" (Türkiyə) - "Sandıklı" (Türkiyə)
Hakimlər: Rəşad Əhmədov, Rəvan Həmzəzadə, Vüqar Bayramov

"Fənərbaxça" (U-17) - Azərbaycan (U-17)
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, İsgəndər Əliyev

"RNK Split U-17" (Xorvatiya) - Azərbaycan (U-17)
Hakimlər: Ömər Paşayev, Kamran Bayramov, Cavanşir Yusifov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR