Apasport.az saytının məlumatına görə, ziyafətdə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin I vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Məclisin deputatları, A
Tədbiri giriş sözü ilə açan “Bakı”nın icraçı-direktoru Yaşar Seyidov “Atletiko”nun Azərbaycana gəlişinin əhəmiyyətindən danışıb. Bundan sonra söz verilən “Atletiko”nun prezidenti Enriko Serezo “Bakı” ilə əməkdaşlığın onlar üçün önəmli olduğunu bildirib. Onun sözlərinə görə, regionda Azərbaycanın imicini yüksəltmək onları maraqlandıran əsas məsələlərdəndir. Serezo Bakıda keçirəcəkləri yoldaşlıq görüşünə də böyük əhəmiyyət verdiklərini söyləyib.
“Atletiko” və Azərbaycan futbolu ilə bağlı videoçarxlar nümayiş olunandan səhnə incəsənət nümayəndələrinin ixtiyarına verilib.
“Eurovision” qalibləri Eldar və Nigar Camalla yanaşı, Alim Qasımov və qızı Fərqanə Qasımova, Ədalət Şükürov, Tünzalə Ağayeva ifalarını təqdim ediblər.
Madrid klubunun heyətində Azərbaycanlı futbol ictimaiyyətinin əsas sevimlisi olan türkiyəli yarımmüdafiəçisi Arda Turan tədbirin əsas siması olub.
Ziyafətdə Ardaya gözlənilməz hədiyyə də edilib. “Turan”ın vitse-prezidenti Namiq Məstanov Ardaya “Turan” şərfini bağışlayıb.
Tədbir Serezo ilə Məmmədovun üzərində klubların emblemi olan iri tortu kəsməsi ilə yekunlaşıb.
Sonda xatirə fotosu çəkdirilib.