Bank Of Baku

Belçika millisi ən azı pley-offda oynayacaq ilk komanda oldu

Belçika millisi ən azı pley-offda oynayacaq ilk komanda oldu
# 08 iyun 2013 16:47 (UTC +04:00)

Bakı – APA. Belçika milli komandası 2014-cü il dünya çempionatının final mərhələsinə gedən yolu yarılayıb. Apasport.az saytının məlumatına görə, belçikalılar ən azı pley-offda iştirak edəcəyini rəsmiləşdirməklə, Avropa zonasında buna nail olan ilk komanda olub.

Bu, onların evdə Serbiya yığmasına 2:1 hesabı ilə qalib gəldiyi matçdan sonra gerçəkləşib. Nəticədə 19 xalla qrupda vahid lider olan, ən yaxın izləyicisi Xorvatiyanı sona 3 oyun qalmış 3 xal qabaqlayan Belçika ən azı 2-ci yeri özü üçün təmin edib. .

Belçikalılar Azərbaycan yığmasının da yer aldığı 9 qrupda ən çox xal yığandır. İkinci göstəriciyə 6 oyunda yüz faizli nəticə göstərərək, 18 xalı olan Hollandiya yığması malikdir. Belçika isə 7 oyundan 6-da qalib gəlib, 1-də heç-heçə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR