Bank Of Baku

Berti Foqts: “Heç vaxt milliyə bu qədər qayğı göstərməyiblər”

Berti Foqts: “Heç vaxt milliyə bu qədər qayğı göstərməyiblər”
# 09 aprel 2014 12:10 (UTC +04:00)

Bakı – APA. “Almaniya böyük komandaya malikdir. Yığma komanda indiyədək heç vaxt belə yüksək səviyyədə olmayıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.

 

ABŞ yığmasında müşavir kimi fəaliyyət göstərən almaniyalı mütəxəssis 2 aydan sonra start götürəcək dünya çempionatının final mərhələsi haqda fikirlərini açıqlayıb. Həm futbolçu, həm də baş məşqçi kimi Bundestimin şərəfini qorumuş Foqts həmyerlilərini mundialın əsas favoriti sayır: “Yığmamızda indiki qədər səviyyəli futbolçunun olması yadıma gəlmir. Bu oyunçular həm texniki, həm taktiki cəhətdən tam hazırlıqlıdır. Üstəlik, heç vaxt komandaya bu qədər qayğı göstərməyiblər. Məncə, Braziliyada Almaniyadan yaxşı komanda olmayacaq”.

 

Qeyd edək ki, Almaniya millisi sonuncu dəfə 1990-cı ildə dünya çempionu titulunu qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR