Bakı – APA. “Bavariya” Almaniyanın ən yaxşı klubudur. Heyətində güclü futbolçular var ki, bunlar da bütün mövqelərdə yer alıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.
Vətəni Almaniyanın Çempionlar Liqasında çıxışını davam etdirən 3 klubu haqda fikirlərini açıqlayan Foqts “Bavariya”nı yarışın favoritlərindən sayır: “Münhen təmsilçisi 10-15 futbolçudan deyil, 20, hətta deyərdim ki, 24-25 səviyyəli futbolçudan təşkil olunub. Onların hər biri Avropa klublarında oynamaq iqtidarındadır. Almaniya yığmasının özəyini təşkil edən komanda hələ ötən mövsüm Çempionlar Liqasını qazanmalı idi. Lakin “Çelsi”yə məğlubiyyət onlar üçün yaxşı dərs oldu”.
Foqts daha sonra Dortmund “Borussiya” və “Şalke” barədə də danışıb: “Borussiya”ya gəlincə, əsasən gənclərdən təşkil olunan bu komanda Avropanın ən yaxşı məşqçilərindən birinə malikdir. Həm də “Barselona” üslubunda oynayır. Bu üslubun alman futbolu ilə sintezinin nə göstərdiyini isə qrup mərhələsində hamımız gördük. “Bavariya” və “Borussiya” kimi səviyyəli oyunçulara malik olmasa da, “Şalke”də yaxşı komandadır. Hər halda, pley-offa layiq olmasaydı, 1/8 finala çıxmazdı”.
Foqts vaxtilə çalışdığı Şotlandiyanın təmsilçisi “Seltik”i də dəyərləndirib: “Seltik”in nəticələrinə isə təəccüblənmirəm. Bu mövsüm imza atdığı nəticələr Şotlandiya futbolu üçün vacibdir. 1/4 finala çıxa bilər. Lakin bu, onların “Bavariya” və ya “Borussiya” ilə düşüb-düşməməyindən asılıdır”.
Berti Foqts: Onlar “Barselona” üslubunda oynayırlar
19 dekabr 2012 08:27 (UTC +04:00)
Futbol
"Bayer" Almaniya çempionatını rekorda imza ataraq başa vurub
20:53
18 may 2024
14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb
00:22
18 may 2024
Dünyanın ən böyük derbiləri: Siyahıda "Qalatasaray" - "Fənərbaxça" matçı da var
15:35
17 may 2024
Futbol üzrə Azərbaycan çempionatlarının kubok və medalları yeni dizaynda hazırlanıb
14:52
17 may 2024