Bank Of Baku

Berti Foqts ABŞ yığmasında debüt edib

Berti Foqts ABŞ yığmasında debüt edib
# 03 aprel 2014 10:34 (UTC +04:00)

Bakı – APA. Azərbaycan millisinin baş məşqçisi Berti Foqts ABŞ yığmasında debüt edib. Apasport.az saytının məlumatına görə, Şimali Amerika təmsilçisinə xüsusi müşavir təyin olunan almaniyalı mütəxəssis bu komandanın Meksika ilə görüşündə də iş başında olub.

 

Foqtsun mayın 27-də baş tutacaq ABŞ – Azərbaycan oyunundan sonra yeni vəzifəsinin icrasına başlayacağı gözlənilsə də, almaniyalı indidən sabiq yetirməsi Yurgen Klinsmannın yanında olmağı lazım bilib. Belə ki, yığmamızın baş məşqçisi Finiks şəhərində keçirilən görüşdə iştirak edib.

 

Foqts şəhər universitetinin stadionunda baş tutan matçı tribunadan izləyib. Yeni komandasını müşahidə edən mütəxəssis 2:2 hesabı ilə başa çatan oyundan müəyyən nəticələr çıxarıb və bunları Klinsmannla bölüşəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR