Bank Of Baku

Berti Foqts milli komandaya 21 futbolçu çağırıb

Berti Foqts milli komandaya 21 futbolçu çağırıb
# 05 may 2014 12:42 (UTC +04:00)

Bakı – APA. Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, mayın 27-də San Fransiskoda ABŞ-la keçiriləcək yoldaşlıq oyunu üçün komandaya 21 cəlb edilib.

 

Almaniyalı baş məşqçi Berti Foqts mayın 20-dən 28-dək davam edəcək səfərə yeni simalar da çağırılıb.

 

“Araz Naxçıvan”ın qapıçısı Emil Balayev I diviziondan yığmaya dəvət alıb. Əvvəl çağırılan lakin sonradan diqqətdən kənar düşən Dmitri Nazarov da yenidən Foqtsun siyahısında yer alıb. 21 futbolçudan üçü - Kamran Ağayev, Elvin Yunuszadə və Araz Abdullayev təlim-məşq toplanışında mayın 23-dən iştirak edəcəklər. Buna onların Azərbaycan kubokunun finalında çıxış edəcək klubları təmsil etməsi səbəb olub.

 

Foqts 6 nəfərlik ehtiyat siyahı da tərtib edib. Bu oyunçular əsas “21-lik”dən zədələnən olacağı halda ABŞ-a yollanacaq.

 

Qapıçılar: Kamran Ağayev (“Qəbələ”), Səlahət Ağayev (“İnter”), Emil Balayev (“Araz-Naxçıvan”).

 

Müdafiəçilər: Maksim Medvedev, Rəşad Sadıqov, Bədavi Hüseynov (hər ikisi “Qarabağ”), Rasim Ramaldanov (“Xəzər Lənkəran”), Mahir Şükürov, Elvin Yunuszadə (hər ikisi “Neftçi”), İlkin Qırtımov (“Simurq”), Şəhriyar Əliyev (“Bakı”)

 

Yarımmüdafiəçilər: Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Ruslan Abışov (“Rubin”, Rusiya), Qara Qarayev (“Qarabağ”), Abdulla Abasiyev (“İnter”), Araz Abdullayev (“Neftçi”)

 

Hücumçular: Vaqif Cavadov (“İnter”), Rauf Əliyev (“Bakı”), Cihan Özkara (“Sivasspor”, Türkiyə), Rüfat Dadaşov (“Kaizerslautern-II”, Almaniya), Dmitri Nazarov (“Karlsrue”, Almaniya)

 

Ehtiyat oyunçular: Fərhad Vəliyev, Vüqar Nadirov (hər ikisi “Qarabağ”, Vurğun Hüseynov, Pərdis Fərcad-Azad (hər ikisi “Sumqayıt”), Ufuk Budak (“Qaziantep BB”, Türkiyə), Taşkın İlter (“Ayntraxt”, Braunşveyq, Almaniya).

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR