Bank Of Baku

Berti Foqts yığmanın heyətinə yeni futbolçu çağırıb

Berti Foqts yığmanın heyətinə yeni futbolçu çağırıb
# 25 yanvar 2013 10:27 (UTC +04:00)

Bakı-APA. Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Berti Foqts yanvarın 29-dan fevralın 6-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək təlim-məşq toplanışına yeni futbolçu dəvət edib. Adı ehtiyat heyətə daxil edilmiş Cihan Özkara (“Sivasspor”, Türkiyə) fevralın 1-dən etibarən hazırlıq prosesinə qatılacaq.

 

Xatırladaq ki, hazırlıq prosesi çərçivəsində millimiz fevralın 1-də Özbəkistan yığması ilə yoxlama oyunu, fevralın 6-da isə Lixtenşteyn millisi ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR