Bank Of Baku

Bolqarıstan Futbol Federasiyasının prezidenti Bakıya gəlib

Bolqarıstan Futbol Federasiyasının prezidenti Bakıya gəlib
# 24 aprel 2014 14:45 (UTC +04:00)

Bakı – APA. AFFA prezidenti Rövnəq Abdullayev bu gün Bolqarıstan Futbol Federasiyasının başçısı Borislav Mixaylovla görüşüb. Apasport.az saytının məlumatına görə, Bakıda keçirilən futzal üzrə UEFA kubokunun final mərhələsinin oyunları ilə əlaqədar ölkəmizə gələn qonaq səfərindən məmnun qalıb.

 

Görüşdə iki ölkənin futbol federasiyaları arasında qarşılıqlı əməkdaşlıq müzakirə edilib. Bundan başqa, qurum başçıları futzal üzrə UEFA kubokunun final mərhələsinin yüksək səviyyədə təşkil olunması barədə geniş fikir mübadiləsi aparılıblar.

 

Qeyd edək ki, Mixaylov həm də UEFA İcraiyyə Komitəsinin üzvü, qurumun Futzal və Çimərlik Futbolu Komitəsinin sədridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR