Bank Of Baku

Bolqarıstanda futbol üzrə ölkə çempionatında baş verən toqquşmalarda 10 nəfər xəsarət alıb

Bolqarıstanda futbol üzrə ölkə çempionatında baş verən toqquşmalarda 10 nəfər xəsarət alıb
# 10 mart 2013 04:24 (UTC +04:00)

Bakı-APA. Futbol üzrə Bolqarıstan çempionatı çərçivəsində martın 9-da “Botev” (Plovdiv) və “Levski” (Sofiya) komandaları arasında keçirilən qarşılaşma zamanı baş vermiş toqquşmalarda 10 azarkeş xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Bolqarıstan DİN-i açıqlama ilə çıxış edib.  

 

Yaralananların çoxu ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. İki nəfər xəstəxanaya yerləşdirilib. Polis üç nəfəri asayişi pozduqlarına görə saxlayıb. Bəzi KİV-lər 20-dək saxlanılanlar barədə xəbər verir.  

 

Qeyd edək ki, Plovdivdə baş tutmuş matçda 2:0 hesabı ilə ev sahibləri qələbə qazanıb.  Son 16 ildə “Botev” ilk dəfədir ki “Levski” komandası üzərində qələbə qazanıb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR