Bakı-APA. Braziliyada keçirilən Konfederasiyalar kubokunda ilk yarımfinal oyunu baş tutub. APA-nın məlumatına görə, ilk yarımfinalda Cənubi Amerika təmsilçiləri – Braziliya və Uruqvay üz-üzə gəliblər. Oyun 2:1 hesabı ilə braziliyalıların xeyrinə başa çatıb. Topları braziliyalılar Fred (41), Paulinyo (87) və uruqvaylı Kavani (48) vurublar.
İkinci yarımfinalda Avropa təmsilçiləri İspaniya və İtaliya qarşılaşacaqlar.