Bank Of Baku

Braziliya və İtaliya Konfederasiyalar Kubokunun yarımfinalına keçib

Braziliya və İtaliya Konfederasiyalar Kubokunun yarımfinalına keçib
# 20 iyun 2013 03:38 (UTC +04:00)

APA-nın Apasport.az saytına istinadən verdiyi məlumata görə, sayca 9-cu dəfə reallaşan yarışın 4-cü günündə bu gecə azarkeşlər daha iki matç izləyib.

 

Turnirin açılış günü Yaponiya millisini 3:0 hesabı ilə məğlub edən Braziliya yığma komandası növbəti oyununa çıxıb. Meydan sahiblərinin rəqibi Meksika olub. “Sambaçılar” bu görüşdə də qalib gəlməməkdə çətinlik çəkməyib. 9-cu dəqiqədə hesabı açan Neymar son dəqiqələrdə də Jonun fərqlənməsinə yardımçı olub.

 

Beləliklə, rəqibini 2:0 hesabı ilə üstələyən Luis Felipe Skolarinin yetirmələri xalını 6-ya çatdıraraq, yarımfinala vəsiqə qazanıb.

 

A qrupunun digər görüşündə isə Avro-2012-nin finalçılarından olan İtaliya ikinci matçını keçirib. “Skuadra adzurra” bu dəfə Asiya təmsilçisi Yaponiya ilə münasibətlərinə aydınlıq gətirib. Oyunda azarkeşlər 7 qola şahidlik edib. Rəqibini 4:3 hesabı ilə məğlub edən apeninlilər Braziliyadan sonra yarımfinala keçən növbəti komanda olub.

 

Qeyd edək ki, Konfederasiyalar Kuboku ilk dəfə 1992-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. Kral Fəhd Kuboku adı altında baş tutan turniri ən çox Braziliya qazanıb – 3 dəfə (1997, 2005, 2009). 2 dəfə (2001, 2003) Fransa, hərəyə 1 dəfə isə Argentina (1992), Danimarka (1995) və Meksika (1999) qalib gəlib.

 

Konfederasiyalar Kuboku

19 iyun

A qrupu

Braziliya - Meksika - 2:0

QOLLAR: Neymar, 9, Jo, 90+3

 

Braziliya: Julio Sezar, Dani Alves, Tiaqo Silva, David Luis, Marselo, Fred, Neymar, Oskar, Luis Qustavo, Paulino, Halk

 

Meksika: Korona, Mer, Torres Nilo, Moreno, Salsido, Torrado, Flores, Maca, Quardado, Hrnandes, Dos Santos

 

İtaliya - Yaponiya - 4:3

QOLLAR: De Rossi, 41, Uçida, 54-avtoqol, Balotelli, 52, Covinko, 86 - Honda, 21-pen, Kaqava, 33, Okadzaki, 69

 

İtaliya: Buffon, Madjo, Barsali, Kellini, De Şilo, Montolivo, Pirlo, De Rossi, Akvilani, Cakkerini, Balotelli

 

Yaponiya: Kavasimo, Naqatomo, Uçida, Yosida, Konno, Honda, Endo, Kaqava, Xasebe, Okadzaki, Maeda

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR