Bank Of Baku

Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində İtaliyanın “İnter” klubu ilə qarşılaşacaq

Bu gün “Qarabağ”  UEFA Avropa Liqasının qrup mərhələsində İtaliyanın “İnter” klubu ilə qarşılaşacaq
# 11 dekabr 2014 02:27 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, qrupun yekun qarşılaşmaları ilə 1/16 finalın son vəsiqələrin sahibləri bəlli olacaq.

 

Turnirdə yeganə təmsilçimiz “Qarabağ” da meydana çıxacaq. Ağdam klubunun taleyinə bu görüşdə aydınlıq gələcək.

 

Belə ki, F qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri son sınaq qarşısında “İnter”lə üz-üzə gələcək. 1/16 final yolunda son addımını atmağa çalışacaq təmsilçimizə bu oyunda istənilən hesablı qələbə də kifayətdi. Hazırda turnir cədvəlinin 2-ci pilləsində yer alan “Qarabağ” qalib gəlsə, Ukraynada yerli “Dnepr”lə Fransa “Sent-Etyen”inin oyununun 1/16 final baxımından heç bir əhəmiyyəti qalmayacaq.

 

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlayaacq. Oyunu isə çexiyalı hakim Mioslav Zelinka idarə edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR