501 dəqiqəyə 6 qol vuran türk futbolçu eyni sayda qolu 540 dəqiqəyə vuran Ronaldonu üstələyib
Bakı-APA. UEFA Çempiolar Liqasında Galatasarayın vurduğu 7 qoldan 6-na imza atmış Burak Yılmaz turnirin ən sərrast futbolçuları siyahısında « Real »ın portuqal ulduzu Kriştianu Ronaldunu geridə qoyub. APA-nın məlumatına görə, hər iki ulduz qrup mərhələsində 6q ol vursalar da, rəsmi statistikada ilk yerdə Burak Yılmazın adı yer alır. Buna səbəb «Galatasaray»lı ulduzun 6 qolu meydanda olduğu 501 dəqiqə dəqiqə ərzində atmasıdır. Altı oyunda 540 dəqiqə meydanda olan Ronaldu isə bombardirlər siyahısında ikinci yerdə qərarlaşıb.