Bank Of Baku

Çad FİFA reytinqində Azərbaycanı qabaqlayacaq

Çad FİFA reytinqində Azərbaycanı qabaqlayacaq
# 20 noyabr 2015 13:24 (UTC +04:00)

Bakı – APA. FİFA dekabrın 3-də milli komandaların növbəti reytinq cədvəlini açıqlayacaq. Apasport.az saytının məlumatına görə, bundan 13 gün əvvəl təxmini cədvəl tərtib olunub.

 

Azərbaycan yığması bu siyahıda 115-ci pillədə qalıb.

 

Bu isə o deməkdi ki, Moldova ilə noyabrın 17-də keçirilən yoxlama oyununda 2:1 hesabı ilə qalib gələn millimizin mövqeyi dəyişməyib. Düzdü, son cədvəldə 293 xalı olan millimiz hesabını 3 xal artırıb. Amma bu, komandamızın mövqeyinə fayda verməyib.

 

Yığmamız 4 komandanı - Malavi, Efiopiya, Sent-Kitts və Nevis, Burundini keçsə də, əvəzində Çad, Mozambik, Keniya, Qırğızıstandan geri düşüb.

 

Millimiz və “qonşuları”
 

110 (96). Ruanda - 303

111 (110). Mərkəzi Afrika Respublikası - 302

112 (136). Çad - 301

113 (112). Aruba - 298

114 (104). Mavritaniya - 297

115 (105). AZƏRBAYCAN – 296

116 (121). Syerra-Leone - 295

117 (121). Türkmənistan - 294

118 (97). Malavi – 290

119 (101). Sent-Kitts və Nevis – 289

120 (111). Gürcüsran - 286

 

Dünyanın ən güclü 10 komandasının tərkibində isə dəyişiklik olmayıb. Lakin planetin ən yaxşıları öz aralarında yerdəyişmələr edib. Son dünya çempionu Almaniya 2 pillə aşağı yuvarlanıbsa, İspaniya 3 addım irəliləyib. Argentina ilə Braziliyada yüksəlişə nail olanlardandı. Kolumbiya ilə Portuqaliya isə geriləyib.

 

İlk “onluq”

1 (1). Belçika – 1494
2 (3). Argentina – 1455

3 (6). İspaniya - 1370
4 (2). Almaniya – 1347
5 (5). Çili – 1273

6 (8). Braziliya – 1251

7 (4). Portuqaliya – 1219

8 (7). Kolumbiya – 1211

9 (9). İngiltərə - 1106

10 (10). Avstriya - 1091

 

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərin hamısı geriləyib. Çexiya 9, Norveç 8, Almaniya ilə San-Marino 2, Şimali İrlandiya isə 1 pillə aşağı enib.

 

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu

 

4 (2). Almaniya – 1347

26 (17). Çexiya - 860

30 (29). Şimali İrlandiya - 825

54 (46). Norveç - 591
198 (196). San-Marino - 28


Qeyd edək ki, qonşu Türkiyə yığması 933 xalla 3 pillə geriləyərək, 21-ci yerə düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR