Bank Of Baku

Çempionlar Liqasında 1/4 finala yüksələn ilk 2 komanda müəyyənləşib

Çempionlar Liqasında 1/4 finala yüksələn ilk 2 komanda müəyyənləşib
# 11 mart 2014 23:05 (UTC +04:00)

APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, 1/4 finala yüksələn ilk iki komanda artıq müəyyənləşib.

 

3 həftə əvvəl səfərdə qalib gələn komandalar bu dəfə rəqibini öz meydanında sınağa çəkib. İngiltərədə 2 cavabsız qol vuran “Bavariya” öz meydanında “Arsenal”ı qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb. Münhenlilər 2 oyunun nəticəsinə uyğun olaraq (3:1) növbəti mərhələyə yüksəliblər.

 

İtaliyada “Milan”ı minimal hesabla məğlub edən “Atletiko” isə öz meydanında əsl şou göstərib. İspaniya çempionatında da liderlər qrupunda qərarlaşan Madrid təmsilçisi italiyalıları 4:1 hesabı ilə məğlub edərək, 2 oyunun nəticəsinə uyğun olaraq (5:1) növbəti mərhələyə çıxıb.

 

Çempionlar Liqası

 

1/8 final, cavab oyunları

 

11 mart

 

23:45. “Bavariya” (Almaniya) – “Arsenal” (İngiltərə) - 1:1

Qollar: Bastian Şvanştayqer, 54 - Lukas Podolski, 57

İlk oyun – 2:0

 

23:45. “Atletiko” (İspaniya) – “Milan” (İtaliya) - 4:1

Qollar: Dieqo Kosta, 3; 85, Arda Turan, 40; Raul Qarsia, 71 - Kaka, 27

İlk oyun – 1:0 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR