Bank Of Baku

Çempionlar Liqasında sonuncu 1/4 finalçılar müəyyənləşib

Çempionlar Liqasında sonuncu 1/4 finalçılar müəyyənləşib
# 13 mart 2013 22:35 (UTC +04:00)

Bakı-APA. Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin son oyunları keçirilib. APA-nın məlumatına görə, Almaniya və İspaniyada keçirilən oyunlarla sonuncu 1/4 finalçılar müəyyənləşib.

 

Səfərdə İngiltərə “Arsenal”ını 3:1 hesabı ilə məğlub edən “Bavariya” öz meydançasında 0:2 hesabı ilə məğlub olub. Qolları 3-cü dəqiqədə Jiru və 86-cı dəqiqədə Kostselnı vurublar. Beləliklə, növbəti mərhələyə almanlar vəsiqə qazanıb.

 

Digər oyunda İspaniya təmsilçisi “Malaqa” ilk oyunda «Porto»ya 0:1 hesablı məğlubiyyətinin əvəzini çıxmağa çalışıb. Oyunda hesabı 43-cü dəqiqədə «Malaqa»dan İsko açıb. 77-ci dəqiqədə Santa Krus hesab arasındakı fərqi artırıb – 2:0. Beləliklə, növbəti mərhələyə vəsiqəni ispanlar qazanıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR