Bank Of Baku

Çempionlar Liqasının finalını idarə edəcək hakim açıqlanıb - FOTO

Çempionlar Liqasının finalını idarə edəcək hakim açıqlanıb - <span style="color: red;">FOTO
# 20 may 2013 11:59 (UTC +04:00)

 APA-nın xəbərinə görə, mayın 25-də Londondakı məşhur “Uembli” (Wembley) stadionunda Almaniyanın iki komandası – “Bavariya” və “Borussiya” (Dortmund) arasındakı qarşılaşmanı italiyalı Nikola Rizzoli idarə edəcək. 

 

Qeyd edək ki, final matçına əsas namizədlərdən biri türkiyəli Cüneyt Çakır idi. Lakin C. Çakırın bu il Çempionlar Liqasındakı “Mançester Yunayted” – “Real” (Madrid) matçında buraxdığı səhvlər UEFA-nın başqa namizədə üstünlük verməsinə səbəb olub. C. Çakır bu mövsüm idarə etdiyi son qarşılaşmada - mayın 12-də Türkiyə çempionatında “Fənərbağça” ilə “Qalatasaray” arasındakı matçda da kobud səhvlərə yol vermişdi.     

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR