Bank Of Baku

Çilili hücumçu “Neftçi” klubunda oynamaqdan imtina edib

Çilili hücumçu “Neftçi” klubunda oynamaqdan imtina edib
# 13 iyun 2013 11:06 (UTC +04:00)

Bakı – APA. “Neftçi”nin Nikolas Kanaleslə yeni müqavilə bağlamaq istəyi həyata keçməyib. Apasport.az saytının məlumatına görə, çilili forvard ölkə çempionuna rədd cavabı verib.


Buna səbəb tərəflərin yeni müqavilənin maliyyə tərəflərində razılığa gələ bilməməyidir. Belə ki, 27 yaşlı futbolçu “Neftçi”nin təklif etdiyi illik maaşla razı olmayıb və pulunun artırılmasını istəyib. Ancaq “ağ-qaralar” onun istədiyi pulu verə bilməyəcəklərini bildirib.

Qeyd edək ki, Kanales mövsümün əvvəlində “Neftçi”yə keçərkən “1+2” şərti ilə müqavilə bağlamışdı. Futbolçu qarşı tərəflə anlaşa bilsəydi, 2 illik yeni müqavilə bağlayacaqdı. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR