Apasport.az saytının məlumatına görə, Kuyabanın “Arena Pantanal” stadionunda Çili və Avstraliya qarşılaşıb. Bu iki komanda az da olsa qrup ikinciliyinə ümid bəsləyir. Kifayət qədər gərgin keçən oyun Çilinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Günün son matçı C qrupunda baş tutacaq. Kolumbiya Yunanıstanla gücünü sınayacaq. Bu qrupda konkret favorit olmadığı üçün ilk görüşdə qələbə qazanan tərəf əla üstünlük qazanmış olacaq. Tərəflər indiyədək cəmi 1 dəfə qarşılaşıb ki, onda da Cənubi Amerika təmsilçisi 2:0 hesabı ilə rəqibinə qalib gəlib.
Çili – Avstraliya - 3:1
Qollar: Alexsis, 12; Valdivia, 14; Beausejour, 90+ - Keyxell, 35