Bank Of Baku

Dünya Çempionatı: Uruqvay - Kosta Rika – 1:3 - VİDEO

Dünya Çempionatı: Uruqvay - Kosta Rika – 1:3 - <span style="color: red;">VİDEO
# 15 iyun 2014 00:53 (UTC +04:00)

Qarşılaşma kosta-rikalıların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 
APA TV-nin məlumatına görə, oyunda hesabı Uruqvay millisi açıb. 24-cü dəqiqədə Edinson Kavani penaltidən vurduğu qolla komandasını hesabda irəli çıxarıb. Birinci hissə uruqvaylıların 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

 
İkinci hissədə isə azarkeşlər tamam fərqli futbola şahidlik ediblər. 54-cü dəqiqədə Kosta-Rika millisinin oyunçusu Joel Kempbell hesabı bərabərləşdirib. Cəmi üç dəqiqə sonra Azərbaycan azarkeşlərinin yaxşı tanıdığı Fernando Muslera qapısında daha bir qol görüb. Oskar Duarte Kosta-Rika yığmasını hesabda irəli çıxarıb. Bu da son olmayıb. 84-cü dəqiqəcə Markos Urenya Kosta-Rika millisinin üçüncü qolunu vurub: Kosta-Rika 3 - Uruqvay 1.

 
Uruqvaylı futbolçu Maksi Pereyra oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə qırmızı kartla meydandan kənarlaşdırılıb.

 
Qeyd edək ki, bu, Uruqvay millisinin Kosta-Rika yığması qarşısında ilk məğlubiyyəti idi. Qarşılaşmanın favoriti ötən dünya çempionatının bürünc mükafatçısı uruqvaylılar sayılırdı. Komandalar son oyunadək 8 dəfə qarşılaşmışdılar. Uruqvay 6 dəfə qələbə qazanmış, 2 dəfə isə heç-heçə qeydə alınmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR