Bank Of Baku

Elxan Məmmədov: “Mançester Yunayted”ə 10 futbolçumuzu göndərməyə çalıçacağıq”

Elxan Məmmədov: “Mançester Yunayted”ə 10 futbolçumuzu göndərməyə çalıçacağıq”
# 28 iyun 2013 10:50 (UTC +04:00)

Bakı-APA. “Bu layihənin təqdimatından 1 ay keçsə də, 1 gün kimi çəkdi. Çünki çox həyəcanlı idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri AFFA-nın baş katibi Elxan Məmmədov deyil.

 

“Mançester Yunayted”in yay futbol məktəbinin Bakıda keçirdiyi layihə ilə bağlı danışan baş katib seçimdə qızın olmağının daha sevindirici olduğunu bildirib: “Məşqçilərimiz respublikamızda 1000-ə yaxın futbolçuya baxaraq, onlar arasında 32 futbolçu seçdi. Bunlardan 1-ni qız olmağı sevindiricidir. Göründüyü kimi, 17 yaşadək qızlardan ibarət yığmalar arasında dünya çempionatının Bakıda keçirilməyinin böyük rolu oldu”.

“Mançester Yunayted”ə minnətdarlıq edən Məmmədov İngiltərəyə yollacaqları futbolçulara qayğı göstərməyin vacib olduğunu deyib: “Həmin 32 futbolçudan 5-i seçiləcək. Onlar davamlı “Mançester Yunayed”ə səfər edib, daha uzun müddətli təlim-məşq toplanışında iştirak etməlidir. Mütəxəssis bundan sonra qiymət verib, Akademiyada nə qədər olmağına qərar verəcəklər. İndi danışıqlar gedir ki, 5 yox, 10 azərbaycanlı futbolçu göndərək. Çünki məşqçilərdən yüksək qiymət almışıq, oyun izləmək həmişə yaxşıdır. Ancaq biz onlara futbol oynamağa imkan yaratmalıyıq. Uşaqlar ingilis dilini bilmədiklərindən onlara “Mançester Yunayted”in Akademiyasında təhsil almaq çətindir. Ancaq minimum ingilis dilini öyrənmələrinə şərait yaradacağıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR