Bank Of Baku

Fariz Nəcəfov: Yeni baş məşqçimiz yerli mütəxəssis olmayacaq

Fariz Nəcəfov: Yeni baş məşqçimiz yerli mütəxəssis olmayacaq
# 16 aprel 2013 14:22 (UTC +04:00)

Bakı – APA. “Baş məşqçi postuna namizədlərimiz var. Ancaq həmin şəxslərlə konkret danışıqlar aparmadığımız üçün ad çəkə bilmərəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov deyib.


Ramiz Məmmədovun istefasından sonra müvəqqəti olaraq komandanı Luis Araqona tapşıran “Qəbələ” rəhbərliyi bu postda əcnəbi çalışdırıcının olmasını istəyir. Nəcəfovun sözlərinə görə, komanda ilə adı çəkilən Ağasəlim Mircavadovla danışıqlar aparılması həqiqəti əks etdirmir: “Ağasəlim müəllim kifayət qədər təcrübəli məşqçidir, hörmət etdiyim insandır. Azərbaycanda 3-5 məşqçi varsa, bəlkə də onların arasında təcrübəsinə görə birincidir. Ancaq bizə təqdim olunan siyahıdakı məşqçilər arasında onun adı yoxdur. Ümumiyyətlə, yeni məşqçi yerli mütəxəssis olmayacaq. Deməzdim ki, komandaya gələcək məşqçi Con Toşak səviyyəsində tanınmış biri olacaq. Ancaq gətirəcəyimiz mütəxəssisin təcrübəli, başqa klublarda nəticə vermiş, uğur görmüş, potensialı olan məşqçi olmasını istəyirik”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR