Bank Of Baku

Fernando Torresin “Atletiko”ya transferi rəsmiləşib

Fernando Torresin “Atletiko”ya transferi rəsmiləşib
# 29 dekabr 2014 11:38 (UTC +04:00)

Bakı – APA. “Milan”ın hücumçusu Fernando Torres yenidən vətəni İspaniyaya qayıdıb. Apasport.az saytı xəbər verir ki, İspaniya millisinin forvardı sabiq komandası “Atletiko” ilə anlaşıb.

 

Klublar arasında razılığa görə, Torres “Atletiko”da icarə əsasında çıxış edəcək. Belə ki, “Atletiko” futbolçunu 1,5 illik icarəyə götürüb.

 

Qeyd edək ki, karyerasına məhz “Atletiko”da başlayan Torres 2007-ci ildə bu klubu tərk edib və növbə ilə “Liverpul”, “Çelsi” və “Milan”da çıxış edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR