“Expressbank” yeni kredit məhsulunu təqdim edib

“Expressbank” yeni kredit məhsulunu təqdim edib
# 25 noyabr 2014 07:38 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “Expressbank” müştərilərə kredit xətti xüsusiyyətlərinə malik “Expresso” kredit məhsulunu təqdim edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, məhsulun şərtlərinə görə, müştəri kartdan istifadə etdiyi zaman, məbləği 35 günədək qaytardıqda (növbəti ayın 5-də) faiz hesablanmır. Növbəti ayın 5-dən etibarən kredit borcuna 22%-dən başlayaraq illik dərəcəsi ilə faiz hesablanır və hesablanmış faizlər həmi ayın sonunda ödənməlidir.

Ödənilən məbləğ kartda bərpa olunur və təkrar istifadə oluna bilər. “Expressbank” bankomatlarında nağdlaşma komissiyası 1% təşkil edir. Müştərilər gəlirləri təsdiq edən sənəd əsasında verilən pulsuz kartın maksimal məbləği 10000 manat təşkil edir.

“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 5000-dək POS-terminal və 100-dək “ExpressPay” ödəniş terminalı var.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR