Bank Of Baku

Fransa - Azərbaycan oyununun vaxtı müəyyənləşib

Fransa - Azərbaycan oyununun vaxtı müəyyənləşib
# 29 yanvar 2015 12:57 (UTC +04:00)

Bakı – APA. 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda Azərbaycan yığmasının keçirəcəyi oyunların vaxtı və stadionlar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Fransada mübarizə aparacaq yığmamız ilk görüşünü meydan sahiblərinə qarşı keçirəcək.

 

İkinci matçında İngiltərə ilə üz-üzə gələcək komandanız son turda Danimarkadan olan həmyaşıdları ilə qarşılaşacaq. Millimiz oyunlarını fərqli məkanlarda keçirəcək.

 

26 mart

22:30. Fransa – Azərbaycan

Sent-Lo. "Luis Villemer" stadionu

 

28 mart

21:30. İngiltərə – Azərbaycan  

Bayo. "Anri Jane" stadionu

 

31 mart

22:00. Azərbaycan – Danimarka

Flers. "Stad de Haz" stadionu

 

Qeyd: Oyunların saatı Bakı vaxtı ilə göstərilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR