Bakı – APA. Mayın 29-dan iyunun 1-dək 15 yaşadək futbolçulardan ibarət komandalar arasında baş tutacaq III Qəbələ Kubokunun son iştirakçısı bəlli olub. Apasport.az saytı xəbər verir ki, daha öncə iştirakını təsdiqləyən, lakin sonradan texniki səbəblər ucbatından yarışdan imtina edən “Olimpik”i (Marsel, Fransa) Avstriya “Rapid”i əvəzləyəcək.
Bununla, turnirdə mübarizə aparacaq bütün komandalar müəyyənləşib. “Rapid”dən öncə “Fənərbaxça” (Türkiyə), “Lokomotiv” (Moskva, Rusiya), “Liverpul” (İngiltərə), “Anderlext” (Belçika), “Neftçi” (Azərbaycan) və “Udineze” (İtaliya) turnirdə yer alacağını rəsmən təsdiqləyib.