Bank Of Baku

İspaniya futbol üzrə gənclər arasında Avropa çempionatının qalibi olub

İspaniya  futbol üzrə gənclər arasında Avropa çempionatının qalibi olub
# 18 iyun 2013 23:39 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, finalda İspaniya milli komandası ilə İtaliya yığması üz-üzə gəlib.

 

Yerusəlim şəhərinin “Teddi” stadionunda baş tutan görüşdə ispanlar 4:2 hesabı ilə qələbə qazanaraq, titulunu qorumağı bacarıb.

 

Matçda İspaniyanın və “Barselona”nın yarımmüdafiəçisi Tiaqo Alkantara 38 dəqiqəyə het-trik edib. Çempionların digər qolunu isə “Malaqa”nın ulduz futbolçusu İsko rəqibin qapısından keçirib. “Skuadra adzurra”nın heyətində Çiro İmmobile və Fabio Borini fərqlənib.

 

Bununla da, İspaniya ardıcıl 2-ci, ümumilikdə isə 4-cü dəfə qitə birinciliyinin qalibi olub.

 

Qeyd edək ki, 5 matçda 4 top vurmuş İspaniyanın hücumçusu Alvaro Morata yarışın ən yaxşı bombardiri adına layiq görülüb.

 

Avropa çempionatı

Final

18 iyun

İtaliya U-21 - İspaniya U-21 - 2:4

İmmobile, 10, Borini, 80 - Alkantara, 6; 31; 38, İsko, 66

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR