Bank Of Baku

Joze Mourinyo “Çelsi” ilə 4 illik müqavilə bağlayıb

Joze Mourinyo “Çelsi” ilə 4 illik müqavilə bağlayıb
# 30 may 2013 11:10 (UTC +04:00)

Bakı – APA. Dünyanın ən yaxşı məşqçilərindən biri sayılan Joze Mourinyonun “Çelsi”yə qayıdışı reallaşır. Apasport.az saytının məlumatına görə, İngiltərə mətbuatı 50 yaşlı portuqaliyalı mütəxəssisin artıq London klubu ilə 4 illik müqavilə imzaladığını yazıb.

 

Son 3 ildə madrid “Real”ını çalışdıran Mourinyonun köhnə-yeni komandasında ildə 10 milyon funt sterlinq alacağı bildirilir. Ancaq “Çelsi” bu xəbəri hələ təsdiqləməyib.

 

Qeyd edək ki, Mourinyo 2004-2008-ci illərdə çalışdırdığı londonluları ilk 2 mövsümdə çempion etməklə, uzun müddətlik intizara son qoydu. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR