Ötən ay Azərbaycanda sərnişindaşıma tarifləri ucuzlaşıb

Ötən ay Azərbaycanda sərnişindaşıma tarifləri ucuzlaşıb
# 09 sentyabr 2014 09:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin avqust ayında Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,2%, sərnişindaşıma tarifləri isə 0,9% ucuzlaşıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 4,2% bahalaşma, digər xarici ölkələr üzrə isə 11,8% ucuzlaşma müşahidə olunub.

Avqust ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,9% ucuzlaşıb, dəniz nəqliyyatı vasitəsilə digər xarici ölkələrə yükdaşıma tarifləri isə 4,3% bahalaşıb.

Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə, dəmir yolu nəqliyyatında isə sərnişindaşıma tarifləri üzrə avqust ayında heç bir dəyişiklik müşahidə olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR