Bank Of Baku

“Real”-ın baş məşqçisinin istefaya göndərilməsi təsdiqlənib - YENİLƏNİB

“Real”-ın baş məşqçisinin istefaya göndərilməsi təsdiqlənib - <span style="color: red;">YENİLƏNİB
# 04 yanvar 2016 20:25 (UTC +04:00)

Bakı-APA. "Real"ın baş məşqçisi Rafael Benites rəsmən istefaya göndərilib.

 

APA-nın xəbərinə görə, bu barədə məlumatı klubun rəsmi saytı yayıb.

 

Məlumata əsasən, klubun prezidenti Florentino Peres keçirdiyi xüsusi mətbuat konfransında R.Benitesin istefaya göndərildiyini bəyan edib.

 

R.Benitesi mövsümün sonunadək "Real"ın ikinci komandasının məşqçisi Zinəddin Zidan əvəz edəcək.

 

***

 

20:47

 

Bakı-APA. "Real"ın baş məşqçisi Rafael Benites istefaya göndərilib. Apasport.az saytının məlumatına görə, bu barədə məlumat İspaniya mətbuatında yayılıb.

 

Həmkarlarımızın yazdığına görə, klub prezidenti Florentino Peres yaxın saatlarda Benitesin qovulma xəbərini rəsmən açıqlayacaq.

 

Artıq onu kimin əvəz edəcəyi də bəllidi. Belə ki, "Marka"nın məlumatına görə, Benitesi "Real"ın 2-ci komandası olan "Kastilya"nı çalışdıran "kral klubu"nun sabiq futbolçusu Zinəddin Zidan əvəz edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR