Bank Of Baku

Konfederasiyalar kuboku Braziliyanın qələbəsi ilə başlayıb

Konfederasiyalar kuboku Braziliyanın qələbəsi ilə başlayıb
# 15 iyun 2013 22:53 (UTC +04:00)

Bakı-APA. Braziliyada keçirilən FİFA Konfederasiyalar kubokunda ilk oyun keçirilib. Meydan sahibləri braziliyalılar Yaponiya millisi ilə qarşılaşıblar. Oyun 3:0 hesabı ilə braziliyalıların xeyrinə başa çatıb. Topları Neymar (3), Paulinyo (48) və Jo (90+3) vurublar.

 

Sabah A qrupundan İtaliya və Meksika, həmçinin B qrupunda yer alan İspaniya və Uruqvay yığmaları qarşılaşacaqlar. Konfederasiyalar kubokunda qitə çempionatlarının qalibləri, sonuncu dünya çempionu və növbəti dünya çempionatı ev sahibliyi edəcək yığma iştirak edirlər. Bu dəfəki turnirdə A qrupunda Braziliya, Yaponiya, Meksika, İtaliya, B qrupunda isə İspaniya, Uruqvay, Nigeriya və Taiti yığmaları yer alıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR