GUAM-ABŞ görüşündə birgə bəyanat qəbul olunub

GUAM-ABŞ görüşündə birgə bəyanat qəbul olunub
# 08 dekabr 2014 09:20 (UTC +04:00)

APA-nın GUAM-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, bəyanatda ABŞ GUAM dövlətləri ilə həmrəy olaraq, GUAM regionunda münaqişələrin sülh yolu ilə həlli istiqamətində irəliləyişin əldə olunmasının vacibliyini vurğulayıb.

Sənəddə qeyd olunub ki, Vaşinqton GUAM dövlətlərinə qarşı hədələrdən və ya güc tətbiqindən ciddi narahatlıq keçirir.

Bəyanatda həmçinin GUAM dövlətlərinin ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə olunub, tərəflərin digər müvafiq formatlarda münaqişələrin həlli üzrə dialoqu davam etdirəcəkləri vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR