Bank Of Baku

Kriştianu Ronaldu vurduğu qolların sayına görə yeni rekorda imza atıb

Kriştianu Ronaldu vurduğu qolların sayına görə yeni rekorda imza atıb
# 11 mart 2015 04:13 (UTC +04:00)

Bakı-APA. “Real”ın hücumçusu, portuqaliyalı futbolçu Kriştianu Ronaldu qitə miqyaslı klub turnirlərində vurduğu qolların sayına görə yeni rekorda imza atıb.  APA-nın məlumatına görə, Ronaldu vurduğu qollarının sayını 77-ə çatdırıb və bu göstəriciyə görə “Real”ın sabiq hücumçusu  Raul Qonzalesi  və “Barselona”ın argentinalı forvardı Lionel Messini geridə qoyub.

 

Xatırladaq ki, Ronaldu  Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində “Şalke” ilə matçda dubl edib.  “Real” “Şalke”yə 3:4 hesabı ilə uduzsa da, 1/4 finala vəsiqə qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR