Бакы-АПА. Bu gün dünyanın ən yaxşı futbolçusunun adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, FİFA və Fransanın “France Football” nəşrinin keçirdiyi sorğunun qalibləri İsveçrənin Sürix şəhərindəki tədbirdə mükafatlarını alıblar.
Mərasimdə “Qızıl top”un sahibi müəyyənləşib. Qalib adına 4-cü dəfə ardıcıl ən yaxşı seçilən Lionel Messi sahib çıxıb. Argentinalı ulduz Andres İniyesta ilə Kriştiano Ronaldonu qabaqlayaraq, bu ada layiq görülüb.
“Qızıl top”la yanaşı, dünyanın ən yaxşı məşqçisinin adı açıqlanıb. Bu ada Avro-2012-nin qalibi olan İspaniya millisinin baş məşqçisi Visente del Boske layiq görülüb. Sonrakı yerlərə Joze Mourinyo (“Real”) və Xosep Qvardiola (“Barselona”) sahib olub.