Bank Of Baku

Lionel Messi yeni dünya rekordu müəyyənləşdirib

Lionel Messi yeni dünya rekordu müəyyənləşdirib
# 10 dekabr 2012 09:33 (UTC +04:00)

 

Bakı-APA. İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi yeni dünya rekordu müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, argentinalı 1 ildə ən çox qol vuran futbolçu adına yiyələnib.

 

İspaniya çempionatının “Betis”lə oyunundakı ilk qol Messinin 2012-ci ildə 85-ci qolu olub. Bununla da o, əfsanəvi Herd Müllerin rekordunu təkrarlayıb. Qarşılaşmada daha bir dəfə fərqlənən cənubi amerikalı qolların sayını 86-ya çatmaqla yeni dünya rekordçusu olub.

Qeyd edək ki, “Barselona”nın ilin sonuna kimi daha 4 oyunu qaldığından Lionel bu rekordu yeniləmək imkanına malikdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR