Gəncədə mağazadan oğurluq edən şəxslər tutulub

Gəncədə mağazadan oğurluq edən şəxslər tutulub
# 17 noyabr 2014 15:24 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində ərzaq mağazasından oğurluq edən 2 nəfər saxlanılıb. Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, idarənin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, noyabrın 15-də şəhərin Z. Məmmədov küçəsində yerləşən ərzaq mağazasından bir ədəd noutbuk, kassadan 240 manat pulu və 100 manat dəyərində siqaret oğurlanıb. Oğurluqda təqsirləndirilən Gəncə sakinləri, 14 yaşlı Babək Əliyev və 17 yaşlı Rüstəm Sadıqov maddi sübutla saxlanılaraq istintaqa təhvil veriliblər.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR