17 yaşadək qızlardan ibarət Azərbaycan yığması iki yoldaşlıq oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, millimiz Macarıstanın müvafiq yaş qrupuna aid komandası ilə üz-üzə gələcək.
Hər iki matç Bakıda keçiriləcək. Komandalar fevralın 23-də saat 18:00-da, iki gün sonra isə saat 11:00-da qarşılaşacaq.
Bu matçlar Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında təşkil olunacaq.