Bakı-APA. Madrid “Real”ının yeni baş məşqçisinin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Karlo Ançelottinin “Kral klubu”nun yeni çalışdırıcı təyin olunmağı haqda bu gün rəsmi məlumat verilib.
Belə ki, klubun rəsmi saytı 54 yaşlı italiyalı mütəxəssislə 3 illik müqavilə imzalanmağını xəbər verib. O, bu postda son 3 ildə çalışmış portuqaliyalı həmkarı Joze Mourinyonu əvəzləyib. Ançelottinin rəsmi təqdimatı sabah “Santyaqu Bernabeu” stadionunda keçiriləcək.
Qeyd edək ki, italiyalının son illərdə çalışdırdığı, ötən mövsüm çempion etdiyi PSJ onun yerinə fransalı mütəxəssis, millinin sabiq çalışdırıcısı Loran Blanı təyin etdiyini də rəsmən açıqlayıb.