Bank Of Baku

Madridin “Atletiko” klubu Çempionlar liqasının ikinci finalçısı oldu - VİDEO

Madridin “Atletiko” klubu Çempionlar liqasının ikinci finalçısı oldu - <span style="color: red;">VİDEO
# 30 aprel 2014 22:45 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, “Atletiko” Madrid Londonda “Çelsi”yə qalib gələrək, turnirin ikinci finalçısı olub.

 

Hesabı birinci hissənin ortalarında “Çelsi”nin hücumçusu Fernando Torres açıb. Amma fasiləyə 1 dəqiqə qalmış madridlilər cavab topu vurublar. İkinci hissənin əvvəlində “Çelsi” öz cərimə meydanında qaydanı pozub. Dieqo Kostanın zərbəsi “Atletiko”nu rəqib meydanında irəli çıxarıb. 72-ci dəqiqədə isə Arda Turanın dəqiq zərbəsi londonluların final arzularının üstündən xətt çəkib.

 

Beləliklə, mayın 24-də Portuqaliyanın paytaxtı Lissabonda baş tutacaq finalda Madridin iki komandası – “Real” və “Atletiko” görüşəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR