Bank Of Baku

Makedoniyalı qapıçı “Bakı”nı tərk edib

Makedoniyalı qapıçı “Bakı”nı tərk edib
# 07 may 2014 08:53 (UTC +04:00)

Bakı – APA. “Bakı”dan gedəcək futbolçulardan biri dəqiqləşib. Apasport.az xəbər verir ki, makedoniyalı qapıçı Edin Nuredinoski paytaxt klubunu tərk edib.

 

Onun komandadan gedəcəyi gözlənilən idi. Çünki ötən mövsüm “zolaqlılar”ın əsas qapıçısı olan Nuredinoski Millinko Pantiçin baş məşqçi postuna gəlişindən sonra ehtiyatda qalırdı. Mövsümün əvvəlində cəmi 2 dəfə forma geyinmək şansı qazanan makedoniyalı artıq vətəninə yollanıb. Onun yaxın günlərdə vətənindəki klublardan biri ilə müqavilə bağlayacağı bildirilir.

 

Qarşıdakı günlərdə paytaxt klubunu daha bir neçə futbolçu da tərk edəcək. Buna səbəb isə onların aylardır maaş ala bilməməyidir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR