Bank Of Baku

Malta yığması Azərbaycanla oyun üçün yekun heyətini müəyyənləşdirib

Malta yığması Azərbaycanla oyun üçün yekun heyətini müəyyənləşdirib
# 23 mart 2015 15:00 (UTC +04:00)

Bakı – APA. Futbol üzrə Malta millisinin yekun heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, cırtdan ölkə təmsilçisi martın 25-də Gürcüstanla yoxlama, 28-də Azərbaycanla seçmə oyunlarında güvənəcəyi futbolçuların son siyahısını müəyyənləşdirib.

 

Belə ki, komandanın baş məşqçisi Petro Qedin bu iki qarşılaşma üçün yığmaya çağırdığı 26 oyunçudan 6-sını “ixtisara” salıb. O, Qlen Zammit (“Slima”), Kleyton Failla, Josef Mbonq (hər ikisi “Hibernians”), Stiv Pisani (“Floriana”), Rouen Muskat (“Birkirkara”) və Mark Scerrinin (“Slima”) xidmətindən imtina edib.

 

Qapıçılar: Yustin Haber (“Birkirkara”), Henri Bonelyo (“Hibernians”), Endryu Hoq (“Kalloni”, Yunanıstan);

 

Müdafiəçilər: Andre Agius (“Hibernians”), Stiv Bezzina (“Balzan”), Stiv Borq, Rayan Kamilleri, Conatan Karuana (hamısı “Valletta”), Rayan Kamenzuli, Zak Muskat (hər ikisi “Birkirkara”), Yurgen Pisani (“Pieta”);

 

Yarımmüdafiəçilər: Konor Borq (“Floriana”), Roderik Briffa, Rayan Fenek (hər ikisi “Valletta”), Pol Fenek (“Birkirkara”), Byorn Kristensen (“Hibernians”);

 

Hücumçular: Endryu Kohen, Jan Pol Farruqia (hər ikisi “Hibernians”), Alfred Effionq (“Qormi”), Andre Şembri (“Omoniya”, Kipr).

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR