Bakı – APA. Malta millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, cırtdan ölkə təmsilçisi martın 25-də Gürcüstanla yoxlama, 28-də Azərbaycanla seçmə oyunlarında güvənəcəyi futbolçuları müəyyənləşdirib.
Bu iki qarşılaşma üçün yığmaya 26 futbolçu çağırılıb. Baş məşqçi Petro Qedin heyətə 4 qapıçı, 9 müdafiəçi, 8 yarımmüdafiəçi və 5 hücumçu dəvət edib.
Qapıçılar: Yustin Haber (“Birkirkara”), Henri Bonelyo (“Hibernians”), Endryu Hoq (“Kalloni”), Qlen Zammit (“Slima”);
Müdafiəçilər: Andre Agius (“Hibernians”), Stiv Bezzina (“Balzan”), Stiv Borq (“Valletta”), Conatan Karuana (“Valletta”), Rayan Kamenzuli (“Birkirkara”), Rayan Kamilleri (“Valletta”), Kleyton Failla (“Hibernians”), Yurgen Pisani (“Pieta”), Zak Muskat (“Birkirkara”).
Yarımmüdafiəçilər: Konor Borq (“Floriana”), Roderik Briffa (“Valletta”), Pol Fenek (“Birkirkara”), Rayan Fenek (“Valletta”), Byorn Kristensen (“Hibernians”), Rouen Muskat (“Birkirkara”), Stiv Pisani (“Floriana”), Mark Scerri (“Slima”).
Hücumçular: Endryu Kohen (“Hibernians”), Alfred Effionq (“Qormi”), Jan Pol Farruqia (“Hibernians”), Josef Mbonq (“Hernianians”), Andre Şembri (“Omoniya”, Kipr).