Bank Of Baku

Maradona İraq yığmasına rəhbərlik edəcək

Maradona İraq yığmasına rəhbərlik edəcək
# 21 dekabr 2012 07:52 (UTC +04:00)

 

 APA-nın məlumatına görə, bu barədə Argentinanın Canchallena idman portalı Maradonanın agentinə istinadən xəbər yayıb.

 

Agent bildirib ki, Maradona İraq Futbol Federasiyasından bununla bağlı rəsmi təklif alıb və təklifi müsbət cavablandırıb. Bu gün federasiya müqavilənin maliyyə tərəflərini razılaşdırdıqdan sonra qərar rəsmən açıqlanacaq.

 

Qeyd edək ki, Maradona bundan əvvəl Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vasl” klubunun baş məşqçisi olub. Argentinalı bu posta ötən ilin mayında gəlsə də, klubun göstərdiyi nəticələr rəhbərliyi qane etmədiyi üçün müqaviləni pozub. Bununla belə Maradona hələ də həmin klubda texniki məsləhətçi olaraq qalır. Maradona 2008-2010-cu illərdə Argentina yığmasına rəhbərlik edib. Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatında Argentina yığması ¼ finala kimi gedib çıxsa, bu mərhələdə Almaniya yığmasına biabırçı şəkildə uduzaraq turniri tərk edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR